"Borussiya"nın baş stautu "Arsenal"a keçə bilər

20:31 - 18 Avqust 2026

"Arsenal" "Borussiya"nın (Dortmund) baş skautu Sebastian Kruqa maraq göstərir.

Sportal.az xəbər verir ki, bu barədə ​"Sky Sport DE" jurnalisti Patrik Berger məlumat yayıb.

London klubu artıq 42 yaşlı mütəxəssislə ilkin əlaqə yaradıb. ​Kruq yaxın vaxtlarda Premyer Liqaya köçə bilər. "Arsenal"la yanaşı, mütəxəssisi öz strukturuna dəvət etmək imkanını nəzərdən keçirən "Nyukasl" və "Tottenhem" də onun namizadliyi ilə maraqlanır.

​Almaniyalı funksioner "Borussiya"nın transfer işində mühüm rol oynayıb. O, klubun bir neçə səs-küylü sövdələşməsində iştirak edib. Bunların arasında Cud Bellinqem və Erlinq Halandın keçidləri də var.

​Hələlik "Arsenal"ın Kruqa məhz hansı vəzifəni təklif edə biləcəyi məlum deyil. Londonluların transfer və skautinq strukturu hazırda kluba ötən mövsüm qoşulmuş Mauritsio Mikelinin rəhbərliyi altında fəaliyyət göstərir.

Xəbər xətti