Uruqvaylı hücumçunun yeni klubu bəlli oldu

21:33 - 19 Avqust 2026

"Əl-Hilal"ın hücumçusu Darvin Nunyes Səudiyyə Ərəbistanında klubunu dəyişəcək.

Sportal.az xəbər verir ki, uruqvaylı forvard "Əl-Diriya"ya keçəcək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Artıq klublar arasında şifahi razılıq əldə olunub. "Əl-Diriya" 27 yaşlı futbolçunu bir mövsümlük icarəyə götürəcək.

Qeyd edək ki, "Əl-Hilal" Darvin Nunesi 2025-ci ilin yayında "Liverpul"dan 53 milyon avroya transfer edib. Uruqvay millisinin üzvü Asiya təmsilçisinin heyətində meydana çıxdığı 24 rəsmi matçda 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti