Portuqaliya millisinin yarımmüdafiəçisi "Roma"da - RƏSMİ

15:29 - 19 Avqust 2026

İtaliyanın "Roma" klubu heyətinə yeni oyunçu cəlb edib.

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisi "Portu"dan Rodriqo Moranı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Roma" portuqaliyalı hücumameyilli yarımmüdafiəçi üçün 25 milyon avro təzminat ödəyib. Moranın sabiq klubu onun növbəti satışından 50 faiz pay əldə edəcək. 19 yaşlı futbolçu ilə 2031-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Rodriqo  Mora "Portu"nun yetirməsidir. Portuqaliya U-21 millisinin üzvü "əjdahalar"ın əsaskomandasının heyətində meydana çıxdığı 80 rəsmi matçda 16 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti