"Arsenal" hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, İngiltərə çempionunun əsas hədəfi "Yuventus"da çıxış edən Kenan Yıldızdır. Bu barədə "Tuttosport" nəşri məlumat yayıb.
London klubu Türkiyə milli komandasının üzvü üçün 100 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, "Yuventus" Kenan Yıldızı2022-ci ilin yayında "Bavariya"nın akademiyasından transfer edib. 21 yaşlı 2025/26 mövsümündə Turin təmsilçisinin heyətində meydana çıxdığı 47 rəsmi matçda 11 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
