Azərbayca milli komandasının üzvü Ozancan Kökçü Türkiyə 1-ci liqasının ilk turunda “Vanspor”un heyətində “Manisa” ilə görüşdə həm komandasının yeganə qolunu vurub, həm də meydandan qovulmuşdu.
Sportal.az xəbər verir ki, Kökçü məsələ ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
O, son dəqiqələrdə rəqib oyunçunu vurduğu üçün qırmızı vərəqə ilə cəzalandırılıb:
"Dünən axşam oynanan qarşılaşmada gördüyüm qırmızı vərəqənin peşəkar bir futbolçu olaraq sərgiləməməli olduğum bir davranışın nəticəsi olduğunun fərqindəyəm. Ancaq heç bir halda, heç kimin şəxsiyyətimə və ya başqa bir insanın dəyərlərinə yönələn təhqir və hörmətsizliyinə biganə qalmağım mümkün deyil. Buna baxmayaraq, yaşanan hadisə qarşısında nəzarətimi itirməyimin doğru olmadığını qəbul edirəm. Bu səbəblə, başda böyük "Vanspor" camiəsi olmaqla, texniki heyətimizdən, komanda yoldaşlarımdan və bizi hər şəraitdə dəstəkləyən azarkeşlərimizdən üzr istəyirəm. Bunun bilinməsini istəyirəm ki, bu forma, bu gerb və "Vanspor"un uğuru üçün mən və komanda yoldaşlarım son ana qədər mübarizə aparmağa, meydanda xarakterimizi və əməyimizi ortaya qoymağa davam edəcəyik".

