"Yuventus" italiyalı qolkiperlə müqavilə imzalamağa hazırlaşır

12:48 - 19 Avqust 2026

"Tottenhem"in qapıçısı Qilyelmo Vikario karyerasını İtaliyada davam etdirməyə yaxındır.

Sportal.az "Tuttomercato"ya istinadən xəbər verir ki, “Yuventus” italiyalının keçidinə nail olmağa yaxındır.

Vikarionun bu gün Turinə yollanaraq, “Yuventus”la rəsmi müqavilə imzalayacağı gözlənilir. 

"Qoca sinyora" müqaviləyə görə “Tottenhem”ə 10 milyon avroya yaxın ödəniş edəcək.

İtaliyalının İngiltərə klubu ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. Vikario “Udineze”, “Venetsiya”, “Kalyari”, “Peruca”, “Empoli” klublarında çıxış etdikdən sonra 2023-cü ildə “Tottenhem”ə keçmişdi.
 

Xəbər xətti