“Neftçi”nin heyətinə qatmaq istədiyi Daniel Lunanın keçidi hələ ki açıq olara qalıb.
Sportal.az saytına verilən məlumata görə, “ağ-qaralar” kolumbiyalını heyətinə qatmağa yaxın olsa da, Lunaya Xorvatiyadan təklif gəlməsi onun fikirlərini dəyişməyə məcbur edə bilər.
Məlumata görə, “Riyeka” hazırda Luna üçün danışıq aparır. Futbolçunun özünün hansı kluba keçidə razılıq verəcəyi artıq dəqiq bilinmir. Halbuki onun “Malyorka”dan “Neftçi”yə keçəcəyi an məsələsi idi.
“Riyeka” isə onunla ciddi maraqlanır və 23 yaşlı yarımmüdafiəçinin keçidi üçün çalışır. Kolumbiyalının “Malyorka” ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. O, “Deportivo Kali”, “Mirandes”, “Kartaxena”, “Hueska” klublarında çıxış edib.
saytlarin hazirlanmasi
