"Tottenhem"in yarımmüdafiəçisi Pape Matar Sarr karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Qalatasaray" seneqallı oyunçunu transfer etmək istəyir. Bu barədə "Mercato" nəşri məlumat yayıb.
İstanbul nəhəngi Sarr üçün 18 milyon avroluq təklif göndərib. İngiltərə klubu isə 23 yaşlı futbolçuya 25 milyon avro qiymət qoyub.
Qeyd edək ki, "Tottenhem" Pape Matar Sarrı 2021-ci ilin yayında "Mets"dən 17 milyon avroya transfer edib. Seneqal millisinin üzvü 2025/26 mövsümündə London təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
