"Atletiko" İspaniya çempionatında yeni mövsümə " Malaqa" üzərində qazanılan 2:0 hesablı qələbə ilə başlayıb.
Sportal.az xəbər verir ki, Madrid təmsilçisinin qapıçısı Yan Oblak üçün bu matç yubiley əhəmiyyəti daşıyıb. Sloveniyalı qolkiper paytaxt klubunun heyətində La Liqada 400-cü oyununu keçirib.
Oblak İspaniya çempionatı tarixində bu həddə çatan 11-ci qapıçı və bunu bacaran ilk əcnəbi qolkiper olub.
Xatırladaq ki, Yan Oblak 2014-cü ildən İspaniyada çıxış edir. 33 yaşlı "əlcək sahibi" "Atletiko"ya keçməzdən əvvəl Portuqaliyanın "Benfika" klubunun şərəfini qoruyub. O, Lissabon təmsilçisində olarkən əsasən digər klublarda icarə əsasında çıxış edib.
saytlarin hazirlanmasi
