Azarkeş "Yuventus"un müdafiəçisini zədələdi - VİDEO

15:35 - 20 Avqust 2026

"Yuventus"un müdafiəçisi Federiko Qatti azarkeşlərlə gözlənilməz toqquşma nəticəsində zədələnib.

Sportal.az xəbər verir ki, italiyalı futbolçu buna görə A Seriyasının 1-ci turunda "Frozinone"yə qarşı keçiriləcək matçı buraxmaq təhlükəsi ilə üz-üzədir.

​İnsident Turin klubunun əsas və gənclər komandaları arasındakı yoldaşlıq oyunu zamanı baş verib. Oyundan sonra "Yuventus"un mövsönöncəsi ənənəsinə uyğun olaraq, azarkeşlər futbolçularla ünsiyyət qurmaq üçün meydançaya qaçıblar.

​Fanatlardan biri yüksək sürətlə hərəkət edərkən sürüşüb və təsadüfən arxadan Qattinin ayaqlarına çırpılıb. "Corriere dello Sport" nəşrinin məlumatına görə, 28 yaşlı mərkəz müdafiəçisinə əzələ dartılması diaqnozu qoyulub.

Xəbər xətti