"Araz-Naxçıvan"dan ayrıldıqdan sonra ölkəsində "Petrokub"la anlaşan Kristian Avram yenidən klubunu dəyişib.
Sportal.az xəbər verir ki, rumıniyalı qolkiper iyunda müqavilə imzaladığı klubu tərk edib.
Avram karyerasını Albaniyada davam etdirəcək. 32 yaşlı qapıçı "Vlajniya"ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Təcrübəli "əlcək sahibi" yüksək liqa təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Kristian Avram 2023-cü ilin yayından "Araz-Naxçıvan"da çıxış edirdi. O, komandanın heyətində 102 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi
