"Bavariya"nın yarımmüdafiəçisi Jaou Palinya karyerasını ölkəsində davam etdirəcək.
Sportal.az xəbər verir ki, "Benfika" portuqaliyalı futbolçunun keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Lissabon klubu 31 yaşlı dayaq yarımmüdafiəçisi üçün 14+5 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Jaou Palinya 2025/26 mövsümündə icarə əsasında "Tottenhem"də çıxış edib. Portuqaliya millisinin üzvü London təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
