"Qarabağ" qalib gəldi, UEFA reytinqində Azərbaycana növbəti xalları qazandırdı

10:35 - 21 Avqust 2026

Avropa Liqası və Konfransı Liqasının pley-off mərhələlərində dünən keçirilən ilk oyunlardan sonra UEFA reytinqi yenilənib.

Sportal.az xəbər verir ki, “Qarabağ” Enşededə Niderlandın “Tvente” klubunu 1:0 hesabı ilə məğlub etməsi Azərbaycana əlavə 0,250 xal qazandırıb.

Hazırda Azərbaycan 21.937 xalla 26-cı pillədədir. Azərbaycan Ukraynadan bir pillə (22.587) yuxarıda, Slovakiyadan isə (20.625) bir pillə aşağıdadır.

Azərbaycan Avropa mövsümünə 18.562 xalla başlamışdı.
 

Xəbər xətti