FIFA Argentina milli komandasının yarımmüdafiəçisi Leandro Paredesə ağır cəza verib.
Sportal.az xəbər verir ki, bu barədə ali futbol qurumunun rəsmi saytı məlumat yayıb.
"Boka Xuniors"da çıxış edən futbolçu 10 oyunluq diskvalifikasiya edilib. Paredes həmçinin 90 min dollar məbləğində cərimələnib.
FIFA Paredesdən başqa Nahuel Molina (7 oyun) və Tiaqo Almadaya da (1 oyun) cəza verib.
Qeyd edək ki, futbolçular DÇ-2026-nın İspaniya ilə final matçından (0:1) sonra baş vermiş hadisələrə görə cəzalandırılıb.
saytlarin hazirlanmasi
