İtaliya millisinin hücumçusu Türkiyə klubuna keçə bilər

14:16 - 21 Avqust 2026

"Napoli"nin hücumçusu Lorentso Lukka karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, bu barədə məlumatı insayder Nikolo Şira verib.

"Trabzonspor" italiyalı futbolçunun xidmətlərində maraqlıdır. Super Liqa nəhəngi Lukkanı satınalma hüququ ilə icarəyə götürmək niyyətindədir.

Həmçinin qeyd olunur ki, Neapol klubunun rəhbərliyi Lorentsonun Türkiyəyə transferinə qarşıdır. Lakin qərar yalnız 25 yaşlı forvardın özündən asılı olacaq.

İtaliya millisinin üzvü ötən mövsümün ikinci hissəsini icarə əsasında "Nottingem Forest"də keçirib. O, Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 9 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti