"Qarabağ"a qarşı maksimum dərəcədə yaxşı oynamalısan, əks halda uğursuz nəticə qaçılmazdır" - "Tvente"nin baş məşqçisi

11:18 - 21 Avqust 2026

Niderlandın “Tvente” klubunun baş məşqçisi Con van den Brom UEFA Konfrans Liqası pley-off mərhələsinin ilk oyununda Enşededə “Qarabağ”a 1:0 hesabı ilə uduzması haqda danışıb.

Sportal.az xəbər verir ki, niderlandlı mütəxəssis cavab görüşündə şanslarının olduğunu deyib:

“Zvolle”ni məğlub etdikdən sonra “Qarabağ”la oyuna pozitiv çıxmışdıq. Buna baxmayaraq, "Qarabağ"a qarşı ağır məğlubiyyət aldıq. Bu cür komandaya qarşı maksimum dərəcədə yaxşı oynamalısan, əks halda pis nəticə qaçılmazdır. Bəzi oyunçular öz potensialından aşağı oynadı. Bunu izah etmək çətindir, axı son matçdakı heyətlə başlamışdıq və oyun fərqli idi. Amma biz bu cür vəziyyətlə qarşılaşdıq. Bununla belə, bəzi müsbət məqamlarımız oldu ki, bu da bizə cavab oyununa ümid verir. Komandam daha yaxşı oynaya bilər”.
 

Xəbər xətti