"Çelsi"nin müdafiəçisi Aksel Disasi İngiltərə Premyer Liqasında klubunu dəyişəcək.
Sportal.az xəbər verir ki, fransalı futbolçu Londonun digər klubu "Kristal Pelas"a keçəcək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
28 yaşlı mərkəz müdafiəçisi paytaxt klubuna bir mövsümlük icarəyə veriləcək.
Qeyd edək ki, "Çelsi" Aksel Disasini 2023-cü ilin yayında "Monako"dan 45 milyon avroya transfer edib. Fransa millisinin üzvü 2025/26 mövsümünün ikinci yarısında icarə əsasında "Vest Hem"də çıxış edib.
saytlarin hazirlanmasi
