"Rodri daha çox tortun üzərindəki albalı olardı" - Mourinyo

17:12 - 21 Avqust 2026

"Real";n baş məşqçisi Joze Mourinyu Rodrinin "Mançester Siti"dən "kral klubu"na baş tutmayan transferi haqqında fikirlərini bölüşüb.

Sportal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis komandasının yarımmüdafiə xəttində probleminin olmadığını bildirib:

​"Rodrinin transferi təcili ehtiyac deyildi. Bu heyətdə çatışmazlıq yoxdur. O, daha çox tortun üzərindəki albalı olardı. Bizdə Çuameni, Kamavinga, Valverde, Bernardu var, Arda da zamanla bu mövqedə oynaya biləcək".

​Daha əvvəl "Real" Rodriyə maraq göstərmiş və onun keçid şərtlərini razılaşdırmağa çalışmışdı. Nəticədə ispaniyalı yarımmüdafiəçi "Mançester Siti"ni tərk edərək "Barselona" ilə 4 illik müqavilə imzalayıb.

Xəbər xətti