Türkiyə I Liqasında 3-cü turun oyunları keçirilib. Toral Bayramovun çıxış etdiyi "Bursaspor" səfərdə "Fatih Karagümrük"lə qarşılaşıb və 1:2 hesabıyla uduzub.
Sportal.az xəbər verir ki, həmin oyunu izləyənlər arasında milli komandamızın baş məşqçisi Ayxan Abbasov da olub. Saytımıza açıqlama verən Ayxan bəy səfər təəssüratlarını bölüşüb:
"I Liqanın ab-havasını hiss etmək maraqlı idi. Klassik Türkiyə futbolu - ajiotaj, təzyiq və s. Amma deməzdim ki, Türkiyə I Liqası bizim Premyer Liqadan üstündür. Onlarda daha çox futbolçuların fərdi keyfiyyəti sezilir. Bizdə isə məşqçilər taktiki cəhətdən çox iş görürlər, meydanda taktiki mübarizələrə daha çox şahidlik edirik. Əminliklə deyim ki, bizim Premyer Liqa komandaları taktiki baxımdan daha savadlı oynayırlar.
Toral "Karagümrük"lə matçda bir hissə oynadı. Sarı vərəqə aldığı üçün məşqçi riskə getməyib fasilədə əvəzlədi onu. Oyundan sonra Toralla söhbətim oldu, danışdıq. Uyğunlaşması üçün zamana ehtiyacı var. "Bursaspor" Superliqaya qayıtsa, Toralın orada möhləmlənib daha üst səviyyədə oynamasına şərait yaranacaq".
saytlarin hazirlanmasi
