Kriştiano Ronaldo yeni mövsümdə ilk oyununda fərqlənməyi bacarıb.
Sportal.az xəbər verir ki, “Əl-Nəsr”in hücumçusu Səudiyyə Ərəbistanı çempionatının 2-ci turunda “Əl-Riyad”la oyunun 62-ci dəqiqəsində meydana çıxıb. 83-cü dəqiqədə cərimə meydançasının mərkəzində topu Ayman Yəhyadan qəbul edən Ronaldo dönərək dəqiq zərbə endirib və hesabı 4:0 edib.
Bu qol portuqaliyalı futbolçunun karyerasında 977-ci qol olub. Ronaldo klub səviyyəsində 831, milli komandada isə 146 qol vurub.
saytlarin hazirlanmasi
