Premyer Liqa klubu "Yuventus"un qolkiperini transfer etməyə çox yaxındır

22:26 - 21 Avqust 2026

"Yuventus"un qolkiperi Mikеl Di Qreqorio, böyük ehtimalla, İngiltərə Premyer Liqasında özünü sınayacaq.

Sportal.az xəbər verir ki, 29 yaşlı italiyalı futbolçu “Bornmut”a keçməyə razılıq verib. Bu barədə insayder Canluka Di Marzio məlumat yayıb. Hazırda İngiltərə klubu “Yuventus”la transferin şərtlərini müzakirə edir. Gözlənilir ki, keçid satınalma hüququ ilə icarə formasında baş tutacaq.

Qeyd edək ki, Di Qreqorio Turin klubunda iki mövsüm keçirib.

Xəbər xətti