ABŞ-də yaşayan sabiq azərbaycanlı futbolçu Nicat Qurbanov Sportal.az saytına açıqlama verib.
O, Nəriman Axundzadənin “Kolambus Kryu”da möhkəmlənə bilməyərək, Türkiyəyə “Ərzurumspor”a keçidindən bəhs edib:
“Nəriman “Kolambus Kryu”ya transfer olunanda düşünürdüm ki, bu, onun üçün doğru seçimdir. Çünki “Kolambus Kryu” gənc oyunçulara şans verən və onların inkişafına imkan yaradan klubdur. Görünür ki, Nərimandan gözlədikləri oyunu tam ala bilmədilər.
Türkiyə Super Liqası MLS-dən daha çətin liqadır. Daha üstün liqaya getməsi əla addımdır. Yenə də daimi oynayıb-oynamayacağını zaman göstərəcək. Nərimana uğurlar arzu edirəm. Ümid edirəm ki, öz istədiyi səviyyəyə tezliklə çatacaq".
