İbrahim Mbayenin transferi ilə bağlı PSJ-nin tələbləri məlum olub.
Sportal.az "RMC Sport"a istinadən xəbər verir ki, Fransa klubu 18 yaşlı vinger üçün 70 milyon avro almaq istəyir. Paris təmsilçisi futbolçuya maraq göstərən klublarla son danışıqlarda kiminlə əlaqə saxlamasından asılı olaraq 70-80 milyon avro arasında müxtəlif məbləğlər səsləndirib.
Qeyd olunur ki, bu qiymət “yekun məbləğdən daha çox danışıqlar üçün başlanğıc nöqtəsidir”. Buna baxmayaraq, bu tələb potensial alıcıları, o cümlədən futbolçunu 50 milyon avro dəyərində qiymətləndirən “Liverpul”u çəkindirə bilər.
Bildirilir ki, “qırmızılar” artıq futbolçu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıblar, lakin hətta 60 milyon avro ödəmək istəmirlər və alternativ variantları nəzərdən keçirirlər.
İddialara görə, PSJ bu yay Mbayeni satmağa meyllidir, lakin klub hələ heç bir komanda ilə danışıqlarda ciddi irəliləyiş əldə etməyib.
Seneqal millisinin üzvü ötən mövsüm Liqa 1-də 24 matç keçirib. O, oyunlarda orta hesabla 41 dəqiqə meydanda olub, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi
