"Arsenal" "İnter"dən 60 milyon avro tələb edir

12:56 - 22 Avqust 2026

"Arsenal"ın futbolçusu Qabriel Martinelli karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "İnter" braziliyalı vingeri transfer etmək istəyir. Bu barədə insayder Ekrem Konur məlumat yayıb.

İngiltərə çempionu Martinellini satmağın əleeyhinə deyil. London klubu 25 yaşlı oyunçu üçün 60 milyon avro təzminat tələb edir.

Qeyd edək ki, Qabriel Martinelli 2019-cu ilin yayından "Arsenal"da çıxış edir. Braziliya millisinin üzvü 2025/26 mövsümündə "topçular"ın heyətində meydana çıxdığı 53 rəsmi matçda 11 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti