Nəriman Axundzadə oynadı, komandası "Qalatasaray"a darmadağın oldu

00:26 - 22 Avqust 2026

Türkiyə Superliqasında ikinci tura start verilib. 

Sportal.az xəbər verir ki, turun ilk oyununda millimizin hücumçusu Nəriman Axundzadənin çıxış etdiyi “Ərzurumspor” doğma meydanda “Qalatasaray”ı qəbul edib. Matç İstanbul klubunun 4:0 hesablı qələbəsi ilə başa çatıb. 

Qeyd edək ki, Nəriman Axundzadə də bu görüşün iştirakçısı olub. O, 55-ci dəqiqədə, hesab 0:3 olarkən Gyrano Kerkin əvəzinə meydana çıxıb. Millimizin forvardı 84-cü dəqiqədə sarı vərəqə ilə cəzalanıb. 

Xəbər xətti