"Mançester Siti”nin futbolçusu Cek Qriliş karyerasını fərqli komandada davam etdirə bilər.
Sportal.az “The Sun”a istinadən xəbər verir ki, 30 yaşlı vinger “Koventri”yə icarə əsasında yollanmağı planlaşdırır.
Artıq tərəflər arasında danışıqlar müsbət yekunlaşmaq üzrədir.
Qriliş “Aston Villa”, “Notss Kounti”, “Everton” klublarında çıxış edib.
