"Arsenal"ın hücum xəttində dünya səviyyəli futbolçu yoxdur"

14:48 - 22 Avqust 2026

"Liverpul"un keçmiş müdafiəçisi və hazırda futbol eksperti kimi fəaliyyət göstərən Ceymi Karrager “Arsenal”ın futbolçuları Bukayo Saka və Martin Odeqorun növbəti səviyyəyə çatmaq şansları barədə fikirlərini bildirib.

Sportal.az “Sky Sports”a istinadən xəbər verir ki, Karrager “Arsenal”ın hücum xəttində daha səviyyəli oyunçulara ehtiyacı olduğunu deyib:

"Mən hələ də düşünürəm ki, “Arsenal”ın hücum xəttində dünya səviyyəli futbolçu yoxdur. Təxminən iki il əvvəl Saka və Odeqorun növbəti səviyyəyə çatacağını düşünürdüm. Bir sıra səbəblərə görə bu baş vermədi, ya zədələr onların oyununa mane oldu, ya da "Arsenal" ən yaxşı oyununu oynamadı. Bu iki futbolçu "Mançester Siti" və "Liverpul" oyunçularının - müvafiq olaraq De Bruyne və Haaland, ya da Salah və Mane kimi oyunçuların nümayiş etdirdiyi səviyyəyə çatmağa yaxın idilər. Bu oyunçular komandalarını kuboklara apardılar.

“Arsenal” çempion oldu, halbuki Odeqor və Saka xüsusi nəsə göstərmədi. Komanda buna əla müdafiə və keyfiyyətli qapıçı sayəsində nail oldu. Bununla belə, mən hələ də əminəm ki, Saka və Odeqor iki il əvvəlki səviyyəyə qayıda bilərlər".
 

Xəbər xətti