“Qalatasaray” hücumçu axtarışındadır.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “cim-bom” Bosniya və Herseqovina millisinin forvardı, “Ştutqart”da oynayan Ermedin Demiroviçi heyətinə qatmaq niyyətindədir.
Transfer qiyməti 22 milyon avro olan bosniyalının Almaniya klubu ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. Demiroviç “Alaves”, “Soşo”, “Almeriya”, “Sent-Qallen”, “Frayburq”, “Ausburq” klublarında çıxış edib.
