Argentinalı "Atletiko"dan ayrılmayacaq? - adı heyətə daxil edildi

19:22 - 22 Avqust 2026

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone Xulian Alvarezin La Liqanın 2-ci turunda "Vilyarreal"la oyun üçün heyətə daxil edildiyini açıqlayıb. 

Sportal.az “AS”a istinadən xəbər verir ki, Alvaresin daha əvvəl klubdan ayrılmağa yaxın olduğu iddia edilirdi:

"Alvarez sabahkı oyun üçün heyətə daxil edilib və fərdi şəkildə çalışır. Qarşıda çətin oyun var: rəqib güclüdür və keyfiyyətli oyunçulara malikdir. Rəqib artıq optimal vəziyyətdə olduğu halda, oyunçularımızın oyun vaxtını bölürük. Alvarezlə danışmışammı? Başqasının nə hiss etdiyini demək çətindir. O, komanda yoldaşlarına hörmətlə yanaşır, həm də ən yaxşı şəkildə məşq edir".

26 yaşlı futbolçunun “Atletiko” ilə müqavilə müddəti 2030-cu il iyunun 30-na qədərdir. Onun “Barselona” və ya “İnter”ə keçəcəyi gözlənilirdi.  
 

Xəbər xətti