"Barselona"nın futbolçusu komandada qalmaq istəmir - agenti klub axtarışında

22:09 - 22 Avqust 2026

Alexandro Balde "Barselona"da qalmaq niyyətində deyil.

Sportal.az xəbər verir ki, insayder Cerard Romeronun məlumatına görə, müdafiəçi klub rəhbərliyi ilə son danışıqlardan sonra komandanı dəyişmək qərarına gəlib. Onun agenti Jorge Mendes hazırda müxtəlif variantları nəzərdən keçirir və futbolçu üçün uyğun klub axtarır.

Qeyd edək ki, Balde ötən mövsüm La Liqada 28 oyunda iştirak edib və 2 məhsuldar ötürmə edib.

Xəbər xətti