"Kəpəz" - "Gəncəbasar" matçında 6 qol

19:57 - 23 Avqust 2026

Misli Premyer Liqasının 2-ci turunun "Qarabağ"la oyunu təxirə salınan "Kəpəz" yoxlama oyununda qüvvəsini sınayıb.

Sportal.az xəbər verir ki, Azər Məmmədovun rəhbərlik etdiyi kollektiv "Gəncəbasar"la üz-üzə gəlib. Qarşılaşma Premyer Liqa təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

"Kəpəz"in heyətində Asumah Abubakar dubl edib. Digər qolları isə Kennet Kalunqa ilə Viktor Stina verib.

Xəbər xətti