Nəriman Axundzadənin komandası "İnter"in sabiq futbolçusu ilə danışıq aparır

12:48 - 23 Avqust 2026

Azərbaycan millisinin üzvü Nəriman Axundzadənin formasını geyindiyi “Erzurumspor” heyətini tanınmış futbolçu ilə gücləndirmək istəyir.

Sportal.az xəbər verir ki, Superliqanın ilk iki turunu məğlubiyyətlə başa vurmuş “dadaşlar” “İnter”in sabiq üzvü Keyta Balde ilə danışıq aparır.

Seneqallı hələ ki türklərə yekun cavab verməyib. Futbolçu hazırda zədəsini sağaltmaqla məşğuldur. Amma “Erzurumspor” Baldeni bir illik “Monza”dan icarəyə götürmək niyyətindədir.

Onun İtaliya klubu ilə müqavilə müddəti isə 2027-ci il iyunun 30-na qədərdir. Balde “İnter”, “Latsio”, “Monako”, “Sampdoriya”, “Kalyari”, “Spartak”(Moskva), “Sivasspor”, “Espanyol” klublarında oynayıb.

Xəbər xətti