"Neftçi" və "Qarabağ" hazırda eyni futbolçu üçün mübarizə aparır.
Sportal.az saytına verilən məlumata görə, söhbət APOEL-in üzvü Dieqo Rosadan gedir. Həm “Neftçi”, həm də “Qarabağ” braziliyalı ilə hazırda danışıq aparır, ona rəsmi müqavilə də təklif edib. 23 yaşlı futbolçu hələ ki yekun qərarını verməyib.
Yaxın günlərdə braziliyalı hər iki kluba da öz cavabını verəcək.
Onu Azərbaycana gəlmək fikrindən İsrail klubu daşındıra bilər. Belə ki, “Makkabi”(Hayfa) braziliyalıya təklif irəli sürüb. Rosa hazırda “Neftçi”, “Qarabağ” və “Makkabi” arasında seçim etməlidir.
Dayaq yarımmüdafiəçinin APOEL-lə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. O, “Mançester Siti”, “Lommel”, “Vizela”, “Bahia”, “İnternasional” kimi klublarda oynayıb.
