"Böyük ehtimalla, Kvaratsxeliya “Qızıl top”u qazanmayacaq, amma mənim üçün bir nömrədir"

11:34 - 23 Avqust 2026

“Real” (Madrid) və Almaniya millisinin keçmiş yarımmüdafiəçisi Toni Kroos PSJ və Gürcüstan millisinin üzvü Xviça Kvaratsxeliyanı "Qızıl top" mübarizəsində əsas favoritinin və ən çox sevdiyi futbolçu olduğunu açıqlayıb. 

Sportal.az xəbər verir ki, alman veteran futbolçu sosial şəbəkədə Xviça barədə bunları yazıb:

“Böyük ehtimalla, Kvaratsxeliya "Qızıl top"u qazanmayacaq, amma mənim üçün bir nömrədir. Dünya çempionatındakı dörd görkəmli oyunçu - Rodri, Messi, Bellingem və Kilian - ortabab mövsümlər keçirib və ya gözləntiləri qarşılamayıblar.  Kvara, ötən mövsüm və hazırda dünyanın ən yaxşı klub komandasının ən yaxşı oyunçusudur”.

Xviça Kvaratsxeliya ötən mövsüm klubunda 47 oyun keçirib, 18 qol vurub və 10 məhsuldar ötürmə edib.
 

Xəbər xətti