"Çelsi"nin müdafiəçisi "Napoli"də - RƏSMİ

14:57 - 23 Avqust 2026

"Napoli" "Çelsi"nin müdafiəçisi Benia Badyaşilin transferini rəsmən açıqlayıb.

Sportal.az xəbər verir ki, fransalı futbolçu karyerasını İtaliyada icarə əsasında davam etdirəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşma 2026/27 mövsümünün sonuna qədər qüvvədə olacaq və Badyaşilin transfer hüquqlarının birdəfəlik alınması imkanını nəzərdə tutur. "Napoli" 25 yaşlı məeləz müdafiəçisinin icarəsi üçün 3 milyon avro ödəyəcək. Satınalma məbləği isə əlavə olaraq 20 milyon avrodur.

Qeyd edək ki, Benua Badyaşil 2023-cü ildən "Çelsi"də çıxış edir. Fransa millisinin sabiq üzvü ötən mövsüm London təmsilçisinin heyətində bütün turnirlərdə 16 matçda iştirak edib və bu görüşlərdə nə qol vurub, nə də məhsuldar ötürmə edib.

Xəbər xətti