"Tvente" "Qarabağ"dan daha güclü komandadır, amma düşünmürəm ki, onlar Bakıda uğur qazansın" - niderlandlı

12:55 - 24 Avqust 2026

“Qroningen”, “Roda”, “Boluspor”, “NAK Breda” kimi klublarda oynamış Anko Yansen “Tvente”nin Konfrans Liqasının seçmə mərhələsinin pley-offunun ilk görüşündə “Qarabağ”a 0:1 hesabı ilə məğlub olması haqda danışıb. 

Sportal.az xəbər verir ki, “De Oosttribune” nəşrinə açıqlama verən niderlandlı “Tvente”nin Bakıda qalib gəlmək şanslarının aşağı olduğunu deyib:

“Düşünmürəm ki, “Tvente”yə Avropa təcrübəsinin olmaması onlara mane oldu. Bu, kiçik detallara görə məğlub olan daha bir matç idi. “Qarabağ” Enşededə ən yaxşı tərəfini göstərdi. Marko Pyaça topu itirəndə isə sadəcə ona baxdı, təhlükə arxada idi və Kadinin yaxınlaşdığı yerə qaçmalı idi. O zaman bir neçə metr irəliləyib təhlükənin qarşısını ala bilərdi. Bundan əlavə, "Tvente" fasilədən sonra kifayət qədər təhlükəli vəziyyət yaratmadı. Hətta Neistadın ötürmələri belə “Qarabağ”ın müdafiəçilərini narahat etmirdi. Ümumilikdə, "Tvente" "Qarabağ"dan daha güclü komandadır, amma bu, qonaqları dayandırmadı. Onlar daim sərbəst oyunçu tapa bilirdilər. "Qarabağ" işini lazım olduğundan daha çətinləşdirmədən nəticəyə nail oldu, "Tvente" isə əksini etdi. Düşünmürəm ki, “Tvente” Bakıda uğur qazana biləcək. Çünki eyni vəziyyət təkrarlanır , eyni şey “Ferensvaroş”a qarşı matçlarda da baş verdi".

Xəbər xətti