Misli Premyer Liqasının 2-ci turunun "Qarabağ"la oyunu təxirə salınan "Kəpəz" yoxlama oyununda "Gəncəbasar"la üz-üzə gəlib. Qarşılaşma Premyer Liqa təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Sportal.az xəbər verir ki, oyundan sonra "Kəpəz"in baş məşqçisi Azər Məmmədov fikirlərini bildirib:
"Çempionat artıq başlayıb və bizim 2-ci tur çərçivəsində keçirilməli olan “Qarabağ”la oyunumuz təxirə salınıb. Biz də həmin matçın yerini doldurmaq istəyirdik. Yaxşı oyun alındı. Əsas məqsəd komandanın formadan düşməməsi və qarşılaşmanı zədəsiz başa vurmaq idi. Düzdür, bir neçə futbolçumuzun kiçik zədələri var idi. Ona görə də riskə getməyib onları meydana buraxmadıq. İstirahətdən sonra komanda yenidən məşqlərə başlayacaq və onlar da artıq kollektivə qoşulacaqlar".
saytlarin hazirlanmasi
