"Qarabağ"ın qələbəsi mənim üçün sürpriz deyildi" - "Sparta"nın rəsmisi

13:22 - 24 Avqust 2026

"Qarabağ"ın “Tvente”ni Niderlandda məğlub etməsi mənim üçün sürpriz deyildi. Çünki mən “Qarabağ”ın necə güclü və yaxşı komanda olduğunu bilirəm. Ona görə də “Qarabağ”ın səfərdəki qalibiyyəti gözlənilməz olmadı”.

Bu sözləri Sportal.az saytına açıqlamasında “Qarabağ”ın futbol akademiyasının sabiq rəhbəri, hazırda “Sprta”(Rotterdam) klubunda çalışan Con Van Loen deyib.

Təcrübəli mütəxəssis cavab görüşü ilə bağlı da danışıb. Onun sözlərinə görə, Niderlandda insanlar “Tvente”nin yaxşı oynamadığını düşünsə də, “Qarabağ”ı keçə biləcəyinə də inanırlar:

“İlk oyundakı məğlubiyyətə görə Niderlandda insanlar “Tvente” haqda nə düşünməlidir? Düzdür, onlar “Tvente”nin pis oynadığını deyir. Amma mən bilirəm ki, klub özü ilk oyundakı məğlubiyyətə baxmayaraq, Bakıdakı görüşdə qalib gələcəyinə də inanır. Cavab matçı maraqlı olacaq”.

Mirbağırağa
 

Xəbər xətti