"Litva heç bir tərəddüd etmədən Ukraynanı dəstəklədi, Litva xalqına təşəkkür edirəm!" - Andrey Şevçenko

15:30 - 24 Avqust 2026

Ukrayna Futbol Assosiasiyasının prezidenti Andrey Şevçenko Litvaya Ukraynaya verdiyi dəstəyə görə təşəkkür edib.

Sportal.az xəbər verir ki, Ukraynaya dəstək məqsədi ilə "Jalqiris" və "Djyuqas" klubları arasında xeyriyyə matçı təşkil olunacaq. Şevçenko "Jalqiris" klubunun "Instagram" səhifəsində paylaşılan videoda Litvaya təşəkkürünü bildirib:

​"Litva və ukraynalı dostlar, hamınıza təşəkkür etmək istəyirəm. Mənim üçün futbol həmişə komanda oyunu olub. Bu, hər şeydən əvvəl, birlik deməkdir, oyun çətinləşəndə komanda yoldaşlarının yanında olmağın vacibliyidir. Litva heç bir tərəddüd etmədən bizi dəstəkləməklə bunu məhz Ukrayna üçün etdi. Bu ruha görə Litva xalqına təşəkkür edirəm.

​Avqustun 24-ü Ukrayna Sovet hakimiyyətindən müstəqilliyinin 35 illiyini qeyd edir. Biz bu tarixi sizinlə bölüşürük. Bu xeyriyyə futbol matçının təşkilinə və orada iştirakına görə "Jalqiris" və "Djyuqas" futbol klublarına təşəkkür edirəm. Bu qarşılaşmanı dəstəkləməklə siz Ukrayna üçün təcili yardım avtomobillərinin alınmasına kömək edirsiniz.

​Hamıya matçdan zövq almağı arzulayıram. Öz komandanızı dəstəkləyin. Ukraynanın yanında olduğunuz üçün sizə təşəkkür edirəm. Yaşasın Ukrayna!"

Xəbər xətti