"Mançester Siti" 22 yaşlı braziliyalı vingerlə razılığa gəldi - transfer 40 milyon avroya başa gələcək

23:46 - 24 Avqust 2026

"Mançester Siti" Allan Andrade ilə müqavilə imzalayacaq.

Sportal.az xəbər verir ki, İngiltərə klubu 22 yaşlı vingerin transferi ilə bağlı "Palmeyras" ilə şifahi razılığa gəlib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Transferin məbləği 40 milyon avro olacaq. Bundan əlavə, müqavilədə bonus ödənişlərinin də nəzərdə tutulduğu bildirilir.

Qeyd edək ki, Allan Andrade bu mövsüm Braziliya çempionatında 21 oyunda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti