Braziliyalı forvard Türkiyə klubuna keçmədi

13:48 - 25 Avqust 2026

"Tottenhem"in hücumçusu Riçarlison Türkiyə klubuna keçmək istəməyib.

Sportal.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Trabzonspor” braziliyalı forvardı heyətinə qatmağa cəhd göstərib.

Lakin Riçarlison istədiyi maaşı Türkiyə klubunda ala bilməyəcəyinə görə “Tottenhem”də qalmağa üstünlük verib.

29 yaşlı futbolçunun London klubu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, “Trabzonspor”la yanaşı, “Fənərbaxça” və “Yuventus”un da transfer hədəfi idi.

Xəbər xətti