"Şahdağ Qusar" qələbə qazandı

11:49 - 25 Avqust 2026

I Liqada yeni mövsümə hazırlaşan “Şahdağ Qusar” yoxlama oyunu keçirib.

Sportal.az xəbər verir ki, Füzuli Məmmədovun rəhbərlik etdiyi komanda “Şimal”la qarşılaşıb.

Şimal derbisi birincilərin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Messias (2), Tomarov və Dauda vurublar.

Xatırladaq ki, 1-ci Liqada yeni mövsüm sentyabrın 3-də start götürəcək.

Xəbər xətti