"Sabah"ın forvardı Coy-Lens Mikels Çempionlar Liqasının pley-offunda "Hapoel"ə (Beer-Şeva) qalib gəldikləri matçdan (5:2) sonra danışıb.
Sportal.az xəbər verir ki, ruandalı futbolçu komandasının qalibiyyətini belə şərh edib:
"İnanılmaz hisslərdir. Rəqib 1:0 öndə olanda da inanırdıq ki, geridönüş edə bilərik. Məşqçimiz ilk oyundan sonra cavab matçında müsbət dəyişikliklər etmişdi. Bu görüşdə rəqibə daha çox təzyiq etməyə çalışdıq. “Hapoel”i də qeyd etməliyik, yaxşı komandadır. Xoşbəxtik ki, mərhələni biz adladıq. Heç vaxt təslim olmuram. Buna görə də oyunun sonunda qol vura bildim. Çempionlar Liqasının əsas mərhələsinə gəlincə, burada “Real”, “Barselona”, “Bavariya” kimi komandalarla qarşılaşmağımızı istəyərdim".
saytlarin hazirlanmasi
