UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ” və “Tvente” (Niderland) futbol klubları arasında keçiriləcək cavab oyununun başlamasına bir saat qalmış stadionun kassalarında bilet satışı dayandırılacaq.
Sportal.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Qərar oyunöncəsi hazırlıq və təşkilati işlərin tam şəkildə həyata keçirilməsi, eləcə də azarkeşlərin stadiona rahat və təhlükəsiz girişinin təmin olunması məqsədilə qəbul edilib.
Qeyd edək ki, "Qarabağ" - "Tvente" qarşılaşması avqustun 27-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək. Komandalar arasında Niderlandda baş tutan ilk matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
saytlarin hazirlanmasi
