"Çelsi" hücumçusunu Fransa klubuna satdı

15:57 - 25 Avqust 2026

"Çelsi"nin yarımmüdafiəçisi Omari Kelliman karyerasını Fransada davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Strasbur" ingiltərəli futbolçunu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Liqa 1 klubu 20 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün 6 milyon avro təzminat ödəyib. Gənc oyunçu ilə 2031-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Çelsi" Omari Kellimanı 2024-cü ilin yayında "Aston Villa"dan 22,5 milyon avroya transfer edib. İngiltərə U-20 millisinin üzvü 2025/26 mövsümündə icarə əsasında "Kardiff"də çıxış edib.

Xəbər xətti