Çempionlar Liqasının seçmə mərhələsinin pley-off mərhələsində dünən keçirilən ilk oyunlardan sonra UEFA ölkələrinin reytinqi yenilənib.
Sportal.az xəbər verir ki, “Sabah”ın İsrailin “Hapoel” (Beer-Şeva) komandasını 5:2 hesabı ilə məğlub etməsi Azərbaycana əlavə 0,250 xal qazandırıb.
Ölkəmiz hazırda 22.187 xalla reytinqdə 26-cı yerdədir. Ukrayna bir pillə (22.587) yuxarıdadır, Slovakiya isə (20.625) isə Azərbaycandan bir pillə aşağıdadır.
Azərbaycan Avropa mövsümünə 18.562 xalla başlamışdı.
