“Qalatasaray” onu bu yay transfer etməyəcək

12:47 - 26 Avqust 2026

“Qalatasaray” Ermedin Demiroviçin keçidini bu yay reallaşdırmayacaq.

Sportal.az Bosniya və Herseqovina mətbuatına istinadən xəbər verir ki, Türkiyə çempionu forvard üçün “Ştuttqart”a 18 milyon avro təklif edib.

Lakin klublar arasında razılıq əldə edilməyib.

Ona görə də “Qalatasaray” Demiroviçin transferində pauza götürüb. Onlar qışda bu keçid üçün yenidən danışıq aparacaq.

28 yaşlı futbolçu “Alaves”, “Soşo”, “Almeriya”, “Sent-Qallen”, “Frayburq”, “Ausburq” klublarında çıxış edib.
 

Xəbər xətti