"Mançester Yunyated" Edersonu transfer etməyəcək. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Sportal.az xəbər verir ki, İngiltərə klubu artıq qərarı "Atalanta"ya çatdırıb.
Bildirildiyinə görə, təxminən bir ay əvvəl tərəflər bonuslarla birlikdə 45 milyon avroluq transfer barədə razılığa gəlmişdilər. Braziliyalı yarımmüdafiəçi ilə 4+1 illik müqavilə imzalanması planlaşdırılırdı. Futbolçunun cümə günü keçdiyi əlavə tibbi müayinədən sonra “Mançester Yunayted” transfer planlarını dəyişib və sövdələşmə baş tutmayıb.
Bununla belə, “Atalanta” rəhbərliyi Edersonun tam sağlam olduğuna əmindir və onu yenidən komandanın heyətinə daxil etməyə hazırdır.
saytlarin hazirlanmasi
