Portuqaliya millisinin yarımmüdafiəçisi "Bavariya"dan bu kluba transfer oldu

17:17 - 26 Avqust 2026

"Bavariya"nın yarımmüdafiəçisi Joao Palinya karyerasını ölkəsində davam etdirəcək.

Sportal.az xəbər verir ki, "Benfika" portuqaliyalı futbolçunu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Lissabon nəhəngi Palinya üçün Almaniya klubuna 14 milyon avro təzminat ödəyib. 31 yaşlı dayaq yarımmüdafiəçisi "Benfika" ilə 2030-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, "Bavariya" Joao Palinyanı 2024-cü ilin yayında "Fulhem"dən 51 milyon avroya transfer etmişdi. Portuqaliya millisinin üzvü 2025/26 mövsümündə icarə əsasında "Tottenhem"də çıxış edib. Təcrübəli oyunçu London təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti