"Barselona"nın prezidenti Xoan Laporta klubun transfer siyahısında yer alan "Atletiko"nun hücumçusu Xulian Alvares barədə danışıb.
Sportal.az xəbər verir ki, İspaniya çempionunun rəhbəri argentinalı forvardı transfer etmək istədiklərini bildirib:
"Atletiko"nun Xulian Alvaresi satmaq istədiyi ilə bağlı məlumat almışıq. Transfer pəncərəsi bağlanana qədər təklifimiz keçərlidir. Alvaresə böyük maraq göstəririk. "Atletiko"nun təklifimizi qəbul etməsini istəyirik. Bunu onlara qarşı ən yüksək səviyyədə hörmətlə edirik. Əgər oyunçunu bu yay satmaq istəyirlərsə, təklifimizlə bağlı razılıq əldə etsək, transferi bitirməyə hazırıq. "Atletiko"ya və klubun rəhbərliyinə hörmət bəsləyirik. Bir-birimizi uzun illərdir tanıyırıq".
Qeyd edək ki, mətbuatda "Barselona"nın Xulian Alvares üçün Madrid klubuna 130 milyon avroluq təklif göndərməsi ilə bağlı xəbərlər yayılmışdı.
saytlarin hazirlanmasi
